İlon Maskın ABŞ prezidentliyə iddiasını ortaya qoyacağını istisna etmirəm. Onun vaxtilə inşaat və otel sektorunda ad qazanmış keçmiş prezident Donald Trampdan nəyi əskikdir? Donald Tramp atasından qalma varidatla iş dünyasında ad qazandı, İlon Mask isə bütün qazandıqlarını özü əldə edib.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“İlon Mask son zamanlar siyasi açıqlamalar verir, indi də deyib ki, ABŞ-ın Ukraynanı atəşkəsə yönləndirməsi və Rusiya ilə münasibətləri normallaşdırması daha düzgün addım olar. Mask bildirib ki, Rusiya və Çinlə sərt qarşıdurma ABŞ üçün fəlakətli nəticələr doğura bilər.
Biznesdə bütün zirvələri fəth edən şəxs adətən özünü siyasətdə sınamağı qərar verir, fikrimcə, İlon Mask da bu haqda düşünməyə başlayıb”, - politoloq vurğulayıb.
Onun fikrincə, İlon Mask Cozef Baydenlə müqayisədə, heç də pis prezident olmayacaq.
- Dumanlı hava: yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Sumqayıtda fərdi ev külə döndü - Foto
- Bir ay ərzində 2-ci dəfə dəm qazından zəhərləndi
- Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Video
- Bakıda 42 yolda hərəkət qismən məhdudlaşdırılır
- Sabah hava bu insanlar üçün əlverişli olacaq
- Bakıda bu yolda avtobus zolağı ləğv edildi - Video
- Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq