Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin Cənubi Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakla görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan söhbət zamanı Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində ABŞ-ın səylərinin vacibliyini vurğulayıb.
Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi, ərazi bütövlüyü, suverenlik, yurisdiksiya və qarşılıqlı prinsiplər əsasında regional nəqliyyat infrastrukturlarının açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, eləcə də regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Həmçinin, Ermənistan-ABŞ əməkdaşlıq gündəliyi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, C. Hak regionda səfərdədir.
- ABŞ Xark adasını işğal edərsə... - İran
- Tovuzda evdə partlayış: 3 nəfər xəsarət aldı - Video
- Bakıda iş adamı canına qəsd etdi - Foto
- DİN və FHN-dən əhaliyə müraciət - Video
- Qızılın qiyməti 5 000 dolları keçdi
- Bu kəndlərə növbəti köç karvanı yola salındı
- Köçəryan namizəd oldu: “Qarabağ” demədi, ancaq...
- Bu gün İlaxır çərşənbədir