Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rəcəb Tayyib Ərdoğan tərəfindən Türk Dövlətləri Təşkilatının (TDT) baş prokurorlarını qəbulu zamanı Türkiyə Prezidentinə rəsm əsəri təqdim edib.
BUTA.TV xəbər verir ki, rəsmdə 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalanan zaman dövlət başçılarının görüşü əks olunub.
Qeyd edək ki, qəbul Baş prokuror Kamran Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək məqsədilə Ankarada işgüzar səfəri çərçivəsində baş tutub.

- Bu xəbərlərə də göz at
- Məşhur baş məşqçi Şahruddinin komandasına gəlir?
- Rusiyanın Su-24 qırıcısı məhv edildi
- Qərbin Ukraynaya diqqəti azalmayacaq - Kuleba
- BMT-dən taxıl sazişi ilə bağlı yeni açıqlama
- Xalq şairi Hüseyn Arifin qızı vəfat etdi
- Messi 2023-cü ilin idmançısı seçildi