Baş prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Mürşüdlü Vüsal Yasin oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.
Bu barədə BUTA.TV-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Yasamal rayon polis idarəsində istintaq olunan cinayət işi üzrə Vüsal Mürşüdlünün Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək beynəlxalq axtarışa verilib.
Vüsal Mürşüdlü Gürcüstan ərazisində saxlanılaraq 24.10.2023-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
- Bu xəbərlərə də göz at
- Türkiyənin müdafiə naziri iranlı səfirlə görüşdü
- Bakıda bank sistemində problem: kartlarla ödəniş dayandı
- Ukrayna istəyir təslim olaq, lakin belə şərtlərlə... - Rusiya XİN
- Digərləri zəifləsə, Almaniya Ukraynanı dəstəkləyəcək
- Ukrayna qoşunları Makeyevkaya MLRS-dən zərbələr endirdi
- Nazir: İqlim dəyişikliyi ilə bağlı hədəfə sadiqik