“Allah ANS-i bağlamaqla bizim abır-həyamızı qorudu” – Vahid Mustafayev

16:53 - 24 Oktyabr 2023 - MÜSAHİBƏ

 “Allah ANS-i bağlamaqla bizim abır-həyamızı qorudu” – Vahid Mustafayev

“Hörmət etdiyim müxtəlif şəxslər mənə bu barədə sual verirlər, yeganə cavabım ondan ibarətdir ki, ANS-i bu dəfə bağlayan Allah-Təala cənabları özü oldu. Allah bizim abır-həyamızı, mənim, ailəmin, qeyrətli əməkdaşlarımızın abrını qorudu. Mən də ancaq Allaha təşəkkür edirəm. Allah böyükdür və nə etdiyini bilir”.

BUTA.TV” xəbər verir ki, bunu BBC Azərbaycancaya müsahibəsində ANS Şirkətlər Qrupunun təsisçisi Vahid Mustafayev telekanalın bağlanması haqda suala cavab olaraq deyib. O, qeyd edib ki, faktoloji nöqteyi-nəzərdən kanalın bağlanmasına səbəb Fətullah Gülənlə müsahibə oldu:

“Ona görə də bizi bağlayan bütün instansiyaları məhkəməyə verdik və ən son məhkəməyə qədər biz mübarizəmizi apardıq. Biz hökumətə tərəf olan bir qurum olsaydıq, bizi niyə bağlamalı idilər?  Müstəqil olmasaydıq necə müstəqil fəaliyyət aparardıq?

Fətullah Gülən indiyə qədər Azərbaycan ərazisində terorrçu hesab olunmur. Heç bir polis bölməsinin qarşısında cinayətkarların arasında onun şəkli yoxdur. Biz ANS vasitəsilə Üsamə bin Ladenin də müsahibəsini dəfələrlə göstərmişik, şəxsən mən Ter Petrosyandan, Basayevdən müsahibə götürmüşəm. Həmin müsahibələrdən sonra da Rusiyanın buradakı səfirliyi bizi terrorçu adlandırırdı. Məni o müsahibəyə görə Rusiyada həbs etmişdilər. Mən vaxtilə Əhməd Şah Məsuddan, Əfqanıstanda Dostumdan müsahibə almışdım. Dəfələrlə biz terrorçu adlandırılan şəxslərdən müsahibə almışıq və telekanalda yayımlamışıq. Bizim vəzifəmiz xəbər yaymaqdır, bu bizim peşəmizdir. Mən bu məsələdə heç bir qəbahət iş görməmişəm.

Bu xəbər hal-hazırda çox oxunur
“Rəsmi Bakı Rusiyadan üzr gözləyir”

Fətullah Gülənlə əlaqəli məsələ olan zaman bizim müxbirimiz onun mətbuat konfransına getmişdi, o, şəxsən Fətullah Gülənlə görüşmək üçün getməmişdi. Həmin mətbuat konfransında bizim müxbirimizdən əlavə, 12 media qurumunun əməkdaşı da var idi”.

V. Mustafayev ANS-in satın alınması cəhdlərindən də danışıb:
“Bir dəfə məmurlardan biri məni yanına dəvət etdi, dedi ki, bizdə olan məlumata görə, siz ANS-in 50 faizini Fərhad Əliyevə vermisiniz. Biz sizdən istəyirik ki, 50 faizi bizə verəsiniz. Cavab verdim ki, yaxşı, gedin, Fərhad Əliyevdən götürün. Dedim ki, sizin əlinizin altında onlarla qurum var, baxa bilməzsiniz ki, şirkət kimin adınadır? Mən heç vaxt heç kimə şirkətin hansısa faizini verməmişəm. İlk gündən ANS Seyfulla və mənim olub, axırıncı günə qədər də bu cür davam edib”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol