Ehtiyatda olan hərbçilər HƏMAS-a qarşı döyüşmək üçün evlərinə qayıdarkə İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Mayamidə qaldığı üçün tənqid hədəfi olub.
BUTA.TV Daily Mail-ə istinadla xəbər verir ki, 32 yaşlı Yair Netanyahu ən azı aprel ayından Floridadadır. Atası ona atası ona sosial mediada qızışdırıcı yazılar dərc etməyi dayandırmağı tövsiyə edib, çünki buna görə dəfələrlə məhkəmə iddialarına səbəb olub. İsraildə 360.000 ehtiyatda olan əsgər geri çağırılıb. Onların çoxu İsrailə qayıtmaq üçün hər şeydən əl çəkdi, hətta bal ayından. Lakin Yair Netanyahu Mayamidə qalıb.
İsrailin şimal cəbhəsində xidmət edən könüllülərdən biri deyib: “Mən cəbhə xəttində olarkən Yair Mayami çimərliyində həyatdan həzz alır”.
- Bu xəbərlərə də göz at
- Pentaqon Ordumuzun bu taktikasını öyrənir – ABŞ mediası
- Putin və HƏMAS qalib gələ bilməz - Ostin
- Nar bütün xəstəlikləri müalicə edir
- Bu ölkədə də dövlət çevrilişinə cəhd edildi
- ABŞ orbitə 20-dən çox hərbi peyk buraxacaq
- İnanılmaz: Rusiyada daha bir bazar yanır - Video