Oktyabrın 16-da müğənni Yaqut Nərimanın (Həşimova) həyat yoldaşı tərəfindən qətlə yetirilməsi barədə müzakirələr davam edir.
BUTA.TV xəbər verir ki, mərhum müğənninin əmisi İlqar Qəmərli də bu barədə sosial şəbəkə səhifəsində yazıb. O, müğənni Əli Mirəliyev haqqında sərt ifadələr işlədib:
"Təsəvvür edin, mərhumun cənazəsi evin ortasında, əzizləri ağlaşır, bu zaman Əli Mirəliyev "Bizimləsən" verilişinə bağlanaraq, mərhum barədə pis sözlər danışır. Bu, Əli Mirəliyevin əxlaqı tərbiyəsidir. Öz ailəsinə sahib çıxa bilməyənlər, başqaları barədə əxlaqsız danışır. Əli Mirəliyev öz ailəsində olanları Yaqut Nərimanın adına yazır...Bildirmək istəyirəm ki, bu qətlin qısqanclıqla heç bir əlaqəsi yoxdur. Onların pul üstə tez- tez mübahisə etdiklərini eşidirdim. Qısqanc kişi arvadını aylarla Rusiyaya toy şənliklərinə göndərməz".
Qeyd edək ki, Anar Həşimov barəsində cinayət işi açılıb. İlkin olaraq onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Anar Həşimov şübhəli şəxs qismində tutulub.
- Prezidentdən İrana: O molla cəzalanmalı, qovulmalıdır - Video
- İran yenə də bizi aldatdı - VİDEO
- Prezident protokolu qəsdən pozdu, rusca danışdı – Səbəb
- İlham Əliyev Szinpinə başsağlığı verdi
- Petrosyanın sözləri Ermənistanın terrorçu mahiyyətini əks etdirir
- Gəncədə dörd avtomobil toqquşdu: xəsarət alan var
- Ermənilər Naxçıvan istiqamətində bunker tikir - Foto
- Prezident fərman imzaladı