Qarabağın işğaldan tam azad olunması hələ də bəzilərini narahat edir.
BUTA.TV xəbər verir ki, bunu Türk Dünyası Ağsaqqalar Şurasının sədri Binəli Yıldırım oktyabrın 23-də Ankarada Türk Dövlətləri Təşkilatının Baş Prokurorları Şurasının ikinci iclasının açılışında çıxışı zamanı deyib.
O söyləyib ki, Azərbaycan ötən 30 il ərzində işğala son vermək üçün diplomatik həll yoluna üstünlük verirdi:
“Amma bu illər ərzində ATƏT, onun Minsk qrupu sadəcə vaxtı uzatmağa çalışırdılar. Ona görə də Azərbaycan öz işini özü gördü. 44 günlük Vətən müharibəsi ilə işğala son verdi. Bu günlərdə Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını dalğalandırması ilə “Qarabağ Azərbaycandır” kəlamı özünü tam mənası ilə təsdiqlədi”.
Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü - Video
B.Yıldırım onu da vurğulayıb ki, bu gün türk dövlətləri müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığı davam etdirirlər: “Bura ən müxtəlif sahələr, o cümlədən təhsil, səhiyyə, mədəniyyət, diaspor daxildir”.
Onun sözlərinə görə, noyabrın 2-də Qazaxıstanda TDT-nin zirvə görüşü keçiriləcək: “Həmin toplantıda quruma sədrlik Qazaxıstana veriləcək”.
- “Survivor”da faciə - İştirakçının ayağı amputasiya edildi - Video
- 103 yaşlı həkim uzunömürlülüyün - 3 sirrini açıqladı
- Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video
- Bağçada mərmilər aşkarlandı, təşviş yarandı - Video
- “Nəmlik 2-ci mərtəbəyə qalxır, qoxudan dayanmaq olmur” - Video
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - Rəsmi
- Vado Karovinin kürəkəni ilə bağlı qərar verildi
- Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda... - Sədr