Əziz bacım, səhnəyə çıxıb sənin yerinə mükafat təqdim etmək necə çətindir. Niyə mənim üzərimə belə ağır bir məsuliyyət qoymusan?
Yaşadıqca səninlə fəxr edəcəyəm. Sənin bacın kimi doğulmağım bu həyatda ən böyük şansımdır. Sən mənim tək bacım deyil, həm də ən böyük müəllimim və kumirim idin. Mən səndən çox şey öyrəndim. Hələ öyrənməli olduğum çox şey var idi. Hazırda məni xoşbəxt edən yeganə şey dünyanın hər yerindən insanların sonsuz sevgisi və hörmətidir. Onların işinə, əməllərinə, səylərinə verdiyi dəyərdir". Pravda.az olay.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum millət vəkili Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva Türk Dünyası Jurnalistlər Federasiyasının təşkil etdiyi 8-ci Türk Dünyası Sənədli Film Festivalında deyib.
"Bu gün Türk Dünyası Jurnalistlər Federasiyasının təşkil etdiyi 8-ci Türk Dünyası Sənədli Filmlər Festivalında "Qənirə Paşayeva adına Türk Dünyası Onur Ödülü"nü qazaxıstanlı rejissor Nazgül Kenzhetaya təqdim etdim.
Əziz bacım, xalqın sevimlisi Qənirə Paşayeva, sən həmişə bizim qəlbimizdə olacaqsan. İnancınız, zəhmətiniz, əməyinizlə Türk Dünyasının igid qızı olaraq qəlbimizdə yaşayacaqsınız. Yaşasın türk qardaşlığı, yaşasın türk həmrəyliyi, yaşasın türk birliyi və həmrəyliyi..." - deyə K.Paşayeva bildirib.
Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü - Video
- “Survivor”da faciə - İştirakçının ayağı amputasiya edildi - Video
- 103 yaşlı həkim uzunömürlülüyün - 3 sirrini açıqladı
- Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video
- Bağçada mərmilər aşkarlandı, təşviş yarandı - Video
- “Nəmlik 2-ci mərtəbəyə qalxır, qoxudan dayanmaq olmur” - Video
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - Rəsmi
- Vado Karovinin kürəkəni ilə bağlı qərar verildi
- Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda... - Sədr