“Bilirsiniz niyə bəzi aparıcılardan xoşum gəlmir? Heç olmazsa 51 il ərzində mən də bir neçə şikayət edim. Bir nəfər televiziyadan mənə zəng edib dedi ki, haqqınızda veriliş hazırlamaq istəyirik. Hansı telekanal olduğunu soruşmadım. Çünki bütün telekanallara hörmətim var. Mənə qarşı münasibətləri hər zaman müsbət olub".
BUTA.TV xəbər verir ki, bunu Nisə Qasımova "Günaydın Azərbaycan" verilişində deyib.
Xalq artisti əlavə edib: "Həmin aparıcının yaşını soruşdum. Dedim, oğlum, hələ cavansan və veriliş hazırlamaq üçün gərək haqqımda çox şey biləsən. Mən gəlib səninlə nə danışacağam?!"
N. Qasımova ona ünvanlanan və sevmədiyi sualı da açıqlayıb: "Ay kişinin qızı, az qalır 100 yaşım olsun, sual verirlər ki, niyə ailə qurmadın? Ailə qurmaq vaxtıdır?!”
- Azərbaycan beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır
- Abel Məhərrəmov Ali Məhkəmədə uduzdu
- "Medera Hospital"ın rəhbərinə 25 minlik cərimə
- Aygün Kazımovanın plastik cərrahının lisenziyası ləğv edildi
- Prezidentin xüsusi nümayəndələrinin sayı artdı
- Azərbaycanda bu iki nazir postu boşdur
- Qazaxlı Alikin oğlunun məhkəməsi təxirə salındı - Səbəb
- Muxtar Babayev vəzifəsindən azad edildi