Gürcüstanda provaslav din xadimləri istisna olmaqla, digər dinlərə və dini kastalara ibadət edən din xadimləri həqiqi hərbi xidmətə çağırılacaqlar.
BUTA.TV Azərtac-a istinadən xəbər verir ki, bu məsələ Gürcüstan Parlamentnin qəbul etdiyi yeni Müdafiə Məcəlləsində əksini tapıb.
Parlamentdə keçirilən gərgin və uzun sürən müzakirələrdən sonra yeni Müdafiə Məcəlləsinin layihəsi üçüncü oxunuşda 80 səslə qəbul olunub.
Gürcüstanın bütün müdafiə sahələrini əhatə edəcək sənəddə çağırışçıların hərbi xidməti yeni qaydada təşkil olunacaq. Sənədə əsasən, çağırışçılar 6, 8 və 11 aylıq həqiqi hərbi xidmətə cəlb ediləcəklər.
Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü - Video
Qanun layihəsinə əsasən, din xadimləri də həqiqi hərbi xidmətə cəlb olunacaqlar. Sənəddə deyilir ki, pravoslav din xadimləri istisna olmaqla, bütün digər dini icmaların nümayəndələri məcburi hərbi xidmətə çağırılacaq.
Bundan əlavə, “Qirçi” siyasi partiyasının təsis etdiyi “İncil azadlığı”nın tərəfdarları da hərbi xidmətdən yayına bilməyəcəklər.
Məcburi hərbi xidmətin bir il müddətinə təxirə salınması üçün çağırışçı dövlətə 5 min lari vəsait ödəyəcək.
Qeyd edək ki, hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası qanun layihəsini 2022-ci ilin dekabrında parlamentə təqdim edib.
Bu təşəbbüs cəmiyyətdə narazılığa səbəb olub, hətta qanuna qarşı etiraz aksiyaları da keçirilib.
- “Survivor”da faciə - İştirakçının ayağı amputasiya edildi - Video
- 103 yaşlı həkim uzunömürlülüyün - 3 sirrini açıqladı
- Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video
- Bağçada mərmilər aşkarlandı, təşviş yarandı - Video
- “Nəmlik 2-ci mərtəbəyə qalxır, qoxudan dayanmaq olmur” - Video
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - Rəsmi
- Vado Karovinin kürəkəni ilə bağlı qərar verildi
- Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda... - Sədr