Rusiya təbliğatçısı və radio aparıcısı Sergey Mardan Qasım-Jomart Tokayevi Almaniya kansleri Olaf Şoltsla Rusiya-Ukrayna müharibəsini müzakirə etməsinə və Qazaxıstanın sanksiyalar rejiminə əməl edəcəyi haqqında bəyanatına görə sərt tənqid edib.
BUTA.TV xəbər verir ki, o, bu barədə öz proqramında danışıb.
“Hansısa səbəbdən Qazaxıstan Prezidenti Tokayev Almaniyanın kansleri ilə Rusiya və Ukraynanı müzakirə edib. Niyə birdən-birə bizim strateji müttəfiqimiz strateji rəqibimiz - düşmənlərimizdən biri ilə bizim işlərimizi müzakirə etmək qərarına gəlib? Sən kimsən ki, bizim işlərimizi insanlarla müzakirə edirsən? Halbuki Şolts insan deyil, o - düşməndir.
Qazaxıstan Rusiyaya xarici siyasəti necə həyata keçirməyi öyrədir? Mənə elə gəlir ki, burda heç bir müttəfiq münasibətləri yoxdur”, - o deyib.
- Baş nazirdən quru sərhədlərlə bağlı mühüm açıqlama
- İranın hücumu: Hamı əmin oldu ki, İlham Əliyev... - Baş nazir
- Laçının bu kəndləri birləşdirilir
- Mayda 14 gün qeyri-iş günü olacaq
- İki xanıma vəzifə verildi - Foo
- Sumqayıtda partlayış: xəsarət alanlar var
- Misir Mərdanovun xalası oğlunun adı yeni qalmaqalda - Saleh Məmmədov amili
- Xamenei xalqa ilk müraciətini etdi: Qisas alınacaq!