Kamal Abdulla Monzada önəmli tədbirdə - Foto

17:10 - 18 Sentyabr 2023 - GÜNDƏM

 Kamal Abdulla Monzada önəmli tədbirdə - Foto

7-8 sentyabr tarixlərində Azərbaycan Dillər Universitetinin rektoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla Monza bələdiyyəsinin mədəniyyət və universitetlə əlaqələr üzrə müşaviri Arianna Bettin və şəhər meri Paolo Pilottonun dəvəti ilə Monza şəhərində səfərdə olub.

Kult.az xəbər verir ki, Sandro Teti Editorenin professor Mario Soldaini ilə birgə təşkil etdiyi bu tədbir Monzadakı əzəmətli Reale Villasını, muzeyini və “Bansky divar rəsmləri” sərgisini ziyarət etməklə başlayıb.

Rektor Kamal Abdullanı nəşriyyat evinin rəhbəri Sandro Teti ilə birlikdə müşavir Bettin və baş direktor Cüzeppe Distefano müşayiət edib. Daha sonra isə şəhər meri Pilotto və professor Franko Kardini də onlara qatılaraq, Monzada yerləşən qədim Duomo kilsəsini və lombardların kraliçası olan məhşur Teodolindanın xəzinəsinin saxlandığı muzeyi də ziyarət ediblər.

Axşam saatlarında tamaşaçılarla dolu Binario 7 Teatrında Kamal Abdulla Franko Kardini və Sandro Teti ilə birlikdə “Yarımçıq əlyazma və fantastik coğrafiyalar” adlı tədbirdə iştirak edib. Tədbir zamanı İtaliya və Azərbaycan arasında mədəni əlaqələr və rektorun yazdığı, Sandro Teti tərəfindən italyan dilində nəşr edilmiş “Sehrbazlar dərəsi” və “Yarımçıq əlyazma” romanları müzakirə edilib. Bundan əlavə professor Kardinin ən çox tərcümə olunan “Orta əsr cəngavərliyinin qaynaqları” əsərinin Azərbaycan dilində ilk nəşri də təqdim olunub.

Səfərin sonunda şəhər meri Pilotto, müşaviri Bettin, yazıçı Kamal Abdulla, nəşriyyat evinin rəhbəri Teti və professor Soldaini həm İtaliyada, həm də Azərbaycanda Monza Bələdiyyəsi və Azərbaycan Dillər Universitetinin himayəsi altında keçiriləcək gələcək görüşlər və təşəbbüslər vasitəsilə İtaliya-Azərbaycan arasında mədəni əlaqələri gücləndirmək barədə razılığa gəliblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol