UEFA Ermənistan Futbol Federasiyasına qarşı intizam işi açıb.
BUTA.TV Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində İrəvanda reallaşan Ermənistan - Xorvatiya oyununda baş verən hadisələr səbəb olub.
Qurum stadionda ictimai keçidlərin bağlanmasında, qarşılaşma ərzində siyasi və təxribat xarakterli mesajların verilməsində ittiham edilir.
Bundan əlavə, azarkeşlər sözügedən görüşdə protexniki vasitələrdən istifadə ediblər və matç nəzərdə tutulduğu vaxtdan gec başlayıb. Buna görə Ermənistan millisinin baş məşqçisi Aleksandr Petrakov da cəzalana bilər.
Qeyd edək ki, ermənilər sözügedən qarşılaşmada dronla qondarma rejimin "bayrağı"nı qaldırıblar. Oyun Xorvatiya millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
- Prezident Baxış Babayevi təltif etdi
- Azərbaycanda yeni agentlik yaradıldı
- “Kristal” və REA arasında əməkdaşlıq memorandumu imzalandı
- Bu avtobuslar da yenilənir: Gediş haqqı...
- "Gənclik"dəki tuneldə dəhşətli qəza - Video
- “Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var - Video Yaralılar var
- Azərbaycanda iki yeni institut yaradıldı
- İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri