Səudiyyə Ərəbistanı hakimiyyəti iki hərbçini dövlətə xəyanətdə ittiham edərək edam edib.
BUTA.TV xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin açıqlamasında deyilib.
Sənədə əsasən, Səudiyyə Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Məcid bin Musa Avad əl-Bələvi və baş çavuş Yusuf bin Rida Həsən əl-Azuni 2017-ci ildə həbs edilərək edam cəzasına məhkum ediliblər. Məhkəmə hər iki hərbçinin dövlətə xəyanətdə, əmrə tabe olmamaqda və “millətin maraqlarını qorumaqdan imtina etməkdə” təqsirli bilindiyi qənaətinə gəlib.
Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, təqsirləndirilən şəxslər prosesdə təqsirli olduqlarını etiraf ediblər. Kralın fərmanına əsasən, hökm cümə axşamı Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Taif şəhərində icra edilib.
- Prezident Baxış Babayevi təltif etdi
- Azərbaycanda yeni agentlik yaradıldı
- “Kristal” və REA arasında əməkdaşlıq memorandumu imzalandı
- Bu avtobuslar da yenilənir: Gediş haqqı...
- "Gənclik"dəki tuneldə dəhşətli qəza - Video
- “Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var - Video Yaralılar var
- Azərbaycanda iki yeni institut yaradıldı
- İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri