Azərbaycanın Baş prokuroru Kamran Əliyev İran İslam Respublikasının Baş prokuroru Mohammad Kazem Movahedi-Azadla Fərid Səfərlinin barəsində cinayət işini müzakirə edib.
BUTA.TV xəbər verir ki, baş prokurorlar arasında keçirilən görüşdə iki ölkə arasında hüquqi əməkdaşlıq, o cümlədən ekstradisiya, məhkumların verilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi, ekoloji hüquqpozmalar və digər maraq kəsb edən mövzular müzakirə edilərək bu sahədə məlumat mübadiləsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə İran İslam Respublikasının Baş prokuroru Mohammad Kazem Movahedi-Azad ölkəmizə işgüzar səfərə gəlib.
- “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimi... - Foto
- SAT imtahanında çoxlu saxtakarlıq hallarına rast gəlinir
- Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq
- Prezident Baxış Babayevi təltif etdi
- Azərbaycanda yeni agentlik yaradıldı
- Bu avtobuslar da yenilənir: Gediş haqqı...
- “Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var - Video Yaralılar var
- Azərbaycanda iki yeni institut yaradıldı