Bu gün Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Şəmsəddin Allahverdiyevin meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonunun Mahmudlu kənd qəbiristanlığında dəfn olunub.
BUTA.TV xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.
Qeyd edək ki, Şəmsəddin Allahverdiyev 1971-ci il iyulun 1-də Füzuli rayonunun İşıqlı kəndində anadan olub. O, çoxsaylı hərbi əməliyyatlarda və erməni silahlı birləşmələrinin azərbaycanlıların yaşadığı yaşayış məntəqələrinə hücumlarının qarşısının alınmasında iştirak edib. 1993-cü il mart ayının 27-də Füzuli rayonu Cuvarlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.
“Torpaqlarımız işğaldan azad olunandan sonra uzun müddət işğal altında qalan ərazilərimizdə azərbaycanlıların kütləvi məzarlıqları aşkarlanıb. Ekspertiza nəticəsində meyit qalıqlarından birinin Ş.Allahverdiyevə məxsus olduğu təsdiqlənib”, - millət vəkili bildirib.
- “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimi... - Foto
- SAT imtahanında çoxlu saxtakarlıq hallarına rast gəlinir
- Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq
- Prezident Baxış Babayevi təltif etdi
- Azərbaycanda yeni agentlik yaradıldı
- Bu avtobuslar da yenilənir: Gediş haqqı...
- “Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var - Video Yaralılar var
- Azərbaycanda iki yeni institut yaradıldı