Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələrində sutkaboyu fasiləsiz olaraq xidmət aparılır, hava məkanımız daima izlənilir və müvafiq tədbirlər görülür.
Müdafiə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, 2023-cü ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib.
Atış çalışmalarında döyüş heyətləri tərəfindən “İldırım 8-ER” ZRK-nın start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması, eləcə də şərti düşmən tərəfindən atılan ballistik raketin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqlar uğurla yerinə yetirilib.
Atışların keçirilməsində əsas diqqət şəxsi heyətin raket əleyhinə müdafiə qabiliyyətli zenit-raket komplekslərini (ZRK) idarəetmə bacarıqlarının artırılmasına, heyətlər arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsinə və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldilib.
- İki gün güclü külək əsəcək – Xəbərdarlıq
- Sürücülərin diqqətinə: Tiflis prospektində yenilik... - Foto
- Şahbaz Şərif Azərbaycanın ədliyyə naziri ilə görüşdü
- “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimi... - Foto
- SAT imtahanında çoxlu saxtakarlıq hallarına rast gəlinir
- Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq
- Prezident Baxış Babayevi təltif etdi
- Azərbaycanda yeni agentlik yaradıldı