Rusiyanın Ermənistan rəhbərliyinin bəyanatlarına reaksiyası İrəvanın qeyri-dəqiqliyi və faktları öz istəyinə uyğunlaşdırmaq cəhdindən irəli gəlir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat Ermənistan səfiri Vaqarşak Arutyunyanın Rusiya XİN-nə dəvətinə də münasibət bildirib:
“Azərbaycanın Qarabağ üzərində hüquqlarını tanıyan Rusiya deyil, bunu Ermənistan rəhbərliyi edib və indi bununla necə davranmaq erməni xalqının öhdəsindədir. Amma İrəvanda qəbul edilən qərarların günahını və məsuliyyətini Rusiyanın üzərinə atmağa ehtiyac yoxdur. Rusiyada düşmən axtarmağa ehtiyac yoxdur. Rusiya heç vaxt Ermənistanın düşməni olmayıb və olmayacaq”.
- İki gün güclü külək əsəcək – Xəbərdarlıq
- Sürücülərin diqqətinə: Tiflis prospektində yenilik... - Foto
- Şahbaz Şərif Azərbaycanın ədliyyə naziri ilə görüşdü
- “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimi... - Foto
- SAT imtahanında çoxlu saxtakarlıq hallarına rast gəlinir
- Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq
- Prezident Baxış Babayevi təltif etdi
- Azərbaycanda yeni agentlik yaradıldı