Hacıqabulda evdə yanğın olub, zərərçəkən var.
BUTA.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Rayonun Navahı qəsəbəsində ümumi sahəsi 160 m² olan birmərtəbəli 3 otaqlı evin zirzəmisində 20 m² sahədə yığılan yun və taxta tullantıları yanıb, yüksək temperaturdan zirzəminin tavanının taxta atmaları qarsalanıb.
Hadisə zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
- İki gün güclü külək əsəcək – Xəbərdarlıq
- Sürücülərin diqqətinə: Tiflis prospektində yenilik... - Foto
- Şahbaz Şərif Azərbaycanın ədliyyə naziri ilə görüşdü
- “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimi... - Foto
- SAT imtahanında çoxlu saxtakarlıq hallarına rast gəlinir
- Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq
- Prezident Baxış Babayevi təltif etdi
- Azərbaycanda yeni agentlik yaradıldı