Xəbər verdiyimiz kimi, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yük Xankəndi şəhərinə çatıb.
BUTA.TV xəbər verir ki, separatçılar yük maşınındakı humanitar yardımların siyahısını açıqlayıb.
Siyahıdan aydın olur ki, göndərilən yardımlar əsasən, ərzaq, yataq dəstləri və uşaqlar üçün nəzərdə tutulmuş məhsullardan ibarətdir:
1. Qida dəsti - 1000 ədəd
Bir dəstə daxildir:
- Günəbaxan yağı 0,9 l - 1 ədəd
- Şəkər tozu 1 kq - 1 ədəd
- Buğda unu 2 kq - 1 ədəd
- Makaron 500 q - 3 ədəd
- Qarabaşaq 1 kq - 1 ədəd
- Darı 1 kq - 1 ədəd
- Manna yarması 1 kq - 1 ədəd
- Yulaf əzməsi 0,5 kq - 1 ədəd
- Ət konservi 0,5 kq - 5 ədəd
Bir paketin ümumi çəkisi 11,4 kq-dır.
2. Yataq dəsti - 270 dəst.
Bir dəstə daxildir:
- Yataq dəsti - 1 ədəd
- Yastıq - 1 ədəd
- Yorğan - 1 ədəd
3. Gigiyenik paketlər - 200 ədəd
Bir dəstə daxildir:
- diş fırçaları - 3 ədəd
- Sabun - 10 ədəd
- Termometr - 1 ədəd
4. Uşaq dəsti: 192 ədəd
Bir dəstə daxildir:
- Uşaq geli - 1 ədəd
- Vitamin tabletləri - 3 ədəd
- Diş fırçası - 1 ədəd
- Uşaq püresi - 1 qutu (8 ədəd)
- Uşaqlar üçün balıq yağı (kapsulalarda) - 1 ədəd
- Pudra - 1 ədəd.
- Bakıda xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
- "Azercell" bu müştərilər üçün rəqəmsal imkanları genişləndirir
- Sabahdan bu zolaqlara girsəniz - Cərimə olunacaqsınız
- Bu reklamlara aldanmayın! – Xəbərdarlıq
- Bu qurumda bir neçə şöbə ləğv edildi: Yeni idarə yaradıldı
- Azərbaycanda yeni Baş Kollektiv Saziş bağlanıldı
- Generalımız “EFES - 2026”nın keçirildiyi ərazidə - Foto
- İki gün güclü külək əsəcək – Xəbərdarlıq