Ukrayna ordusunun hazırlıq zamanı Rusiya müdafiə xəttinə hücum etməyə belə cəhd göstərməməsi çox təəccüblüdür.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson deyib.
“Rusiya bunu (müdafiə xətti - red.) gizli şəkildə qurmayıb. Bütün bu müddət ərzində Ukrayna hətta bu mövqelərə raket və ya artilleriya ilə hücum etməyə cəhd də etməyib”, - ekspert bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ordusunun istehkam inşasına mane olmaq şansı olub, lakin Kiyev naməlum səbəbdən belə bir addım atmamaq qərarına gəlib.
Conson qərarı kəşfiyyatın səhlənkarlığı adlandırıb, çünki nə Amerika, nə də Ukrayna rəsmiləri Rusiya ordusunun tam gücünü düzgün qiymətləndirə biliblər.
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi
- Şuşadakı üç qeyri-yaşayış binası ilə bağlı qərar verildi
- Bakıda xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
- "Azercell" bu müştərilər üçün rəqəmsal imkanları genişləndirir
- Sabahdan bu zolaqlara girsəniz - Cərimə olunacaqsınız
- Bu reklamlara aldanmayın! – Xəbərdarlıq
- Bu qurumda bir neçə şöbə ləğv edildi: Yeni idarə yaradıldı
- Azərbaycanda yeni Baş Kollektiv Saziş bağlanıldı