Rusiya Qızıl Xaç Cəmiyyətinin göndəriyi ərzaq Ağdam-Xankəndi yolu ilə Xankəndiyə çatdırılacaq.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Rövşən Əliyev mətbuata açıqlamasında deyib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidentinin sözlərinə görə, Rusiya hökumətinin təşəbüsü ilə ərzaq yüklərini gətirən işçi qrup yorğun olduğundan dincəlmək üçün bir qədər Bərdə şəhərində dincəlirlər və bu səbəbdən ərzaqların Xankəndiyə çatdırılması gecikir.
"Rusiya Qızıl Xaç Cəmiyyətinin göndərdiyi ərzaq yükü Bərdəyə çatıb. Yüklər Ağdam-Xənkəndi yolu ilə Xənkəndidə yaşayan erməniəsilli sakinlərə çatdırılacaq", - o bildirib.
Qeyd edək ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü göndərilib.
- WUF13 COP29 iqlim gündəliyinin davamı olacaq - Əhmədov
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi
- Şuşadakı üç qeyri-yaşayış binası ilə bağlı qərar verildi
- Bakıda xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
- "Azercell" bu müştərilər üçün rəqəmsal imkanları genişləndirir
- Sabahdan bu zolaqlara girsəniz - Cərimə olunacaqsınız
- Bu reklamlara aldanmayın! – Xəbərdarlıq