Builki qəbul imtahanı göstəricilərində ötən illə müqayisədə bəzi ixtisas qruplarında keçid ballarının enməsi müşahidə olunub.
Bu sözləri BUTA.TV-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
Elçin Əfəndi bildirib ki, I və IV qrupun keçid ballarında azalma, II və III qrupda isə artım müşahidə olunub:
“I və IV qrup ixtisaslarında yüksək bal toplayanların sayının az olması keçid ballarına təsir edib. II və III qruplarda isə bunun tam əksi olaraq bəzi ixtisaslarda keçid ballarında artım qeydə alınıb. V qrupda idman və dizayn istiqamətində artım qeydə alınıb. Digər ixtisaslarda isə demək olar ki, ötən illərdə formalaşan keçid balları olduğu kimi qalıb.
Ümumi olaraq götürsək, builki abituriyentlər, xüsusilə I və IV qruplar daha şanslı olub. Çünki bu il 27 min dövlət sifarişli yer ayrılıb. Demək olar ki, I və IV qruplarda 200-210 bal toplayan abituriyentlər pulsuz təhsil alacaq. Bu, abituriyentlər üçün gözəl imkandır. Ümumiyyətlə qəbul olan abituriyentlərin 48%-ə yaxını ödənişsiz təhsil alacaq. Bu da təbii ki, böyük bir nəticə hesab olunur”, - o qeyd edib.
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək
- Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı
- Xırdalan sakinlərinə şad xəbər...
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər