Azərbaycan TIR-ları blok-postu keçib - Qabrielyan

00:22 - 30 Avqust 2023 - GÜNDƏM

 Azərbaycan TIR-ları blok-postu keçib - Qabrielyan

Azərbaycanlılar Rusiya sülhməramlılarının blok-postunu keçib və çadırlar qurmağa çalışır.

BUTA.TV xəbər verir ki, bu barədə keçmiş Əsgəran rayonunun keçmiş “meri” Alyoşa Qabrielyan deyib.

“İndi biz azərbaycanlılardan 200-400 metr uzaqlıqdayıq. Biz humanitar yüklərin qarşısını almaq üçün burdayıq. Onların göndərdiyi yardım bizə lazım deyil. Laçın dəhlizini açsınlar”, - deyə o bildirib.

Qeyd edək ki, hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərdiyi humanitar yardım Ağdam-xankəndi yolunda gözləyir.

Rusiyalı milyarder Ruben Vardanyanın dəstəsi isə humanitar yükün qarşısını almaq üçün toplaşıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol