Ərdəbil mədə xərçənginə yoluxma sayına görə İranda birinci yeri tutur. Bunun səbəbi isə Metsamor AES-in zəhərli tullantılarının Araz çayına axıdılmasıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Güney Azərbaycanın Xiyav (Meşkin) şəhərinin İran parlamentindəki nümayəndəsi Mahmud Abbaszadə deyib.
O, insanların sağlamlığı üçün qəti addımların atılmasının vacibliyini vurğulayıb:
“Xarici İşlər Nazirliyinə, Ekologiya Təşkilatına və Səhiyyə Nazirliyinə müraciət etmişəm ki, bu məsələ ciddi şəkildə araşdırılsın və xalqa hesabat verilsin. Bu qurumlar insanların sağlamlığını təmin etmək üçün qəti və təcili tədbirlər görməlidirlər. Ərdəbil Tibb Elmləri Universitetinin verdiyi hesabata əsasən, əyalət İranda əhalisinin sayına görə 22-ci, xərçəng xəstəliyinə yoluxma sayına görə isə birinci yerdə gəlir”.
Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən - Paylaşım edildi
- WUF13: İctimai nəqliyyatda hərəkət necə təşkil ediləcək?
- Sabiq millət vəkili vəfat etdi - Foto
- Üztanıma ilə ödəniş sisteminin əhatəsi genişləndiriləcək - Video
- Yağış, dolu, qar... - Hava şəraiti dəyişəcək
- Yağış yağacaq, temperatur 6 dərəcə düşəcək – Xəbərdarlıq
- Sürücülərin nəzərinə: bu xidmətlər…
- 10 uşaqlı ailə də Xocalıya köçdü - Fotolar
- Pensiyaya əlavə necə hesablanacaq?