Üztanıma ilə ödəniş sisteminin əhatəsi genişləndiriləcək - Video

16:00 - 16 May 2026 - GÜNDƏM

 Üztanıma ilə ödəniş sisteminin əhatəsi genişləndiriləcək - Video

İctimai nəqliyyatda ilk dəfə dəmir yollarında SİMA Pay - üztanıma ödəniş sisteminin tətbiqi ilə sərnişindaşımada yeni mərhələ başlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

“Hazırda Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və “Koroğlu” dayanacağında tətbiq olunan SİMA Pay mərhələli şəkildə Abşeron dairəvi marşrutu üzrə digər stansiya və dayanacaqlarda, eləcə də ölkə üzrə dəmir yolu şəbəkəsində əlçatan olacaq. Rəqəmsallaşan dəmir yolları sərnişinlərin həyatını asanlaşdırmağa, şəhər mobilliyini yenidən formalaşdırmağa və gələcəyi yaxınlaşdırmağa davam edəcək”, - məlumatda bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol