Türkiyə Respublikasının Ankara şəhərinin ümumi təhsil müəssisələrinin şagird və müəllimləri, həmçinin Milli Təhsil Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.
Elm və Təhsil Nazirliyindən BUTA.TV-a bildirilib ki, nümayəndə heyəti Şuşa şəhərinə səfər edib. Səfər çərçivəsində Şuşa şəhərinin tarixi-memarlıq abidələri, o cümlədən Bülbülün ev-muzeyi, Yuxarı Gövhər Ağa məscidi, Molla Pənah Vaqifin məqbərəsi, Şuşa qalası və Cıdır düzü ziyarət edilib.
Qonaqlara Türk dünyasının mədəniyyəti paytaxtı elan edilmiş Şuşa şəhərində aparılan quruculuq işləri, o cümlədən təhsil müəssisələrinin tikintisi haqqında ətraflı məlumat verilib.
- FHN sürücülərə çağırış etdi
- Sabah intensiv yağış yağacaq
- Muğanlı-İsmayıllı yolunda daha bir sürüşmə... - Foto
- DYP dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq etdi
- Faktiki hava: bu ərazilərə yağış yağıb
- Goranboyda iki nəfər arasında mübahisə: ölən var
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Şəmkirdə ana və oğul döyüldü