İranın Qızıl Aypara Cəmiyyəti Ukraynadakı Kaxovka bəndinin dağıdılması nəticəsində zərər çəkmiş rayonlara humanitar yardım göndərməyə hazır olduğunu açıqlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin başçısı Pir Hüseyn Kulivənd məlumat verib.
O, Ukraynada SES-in vurulmasını faciə adlandırıb:
“Bu faciəvi hadisə günahsız insanların həyatına və sağlamlığına təsir göstərib, bu bölgəyə külli miqdarda humanitar və ekoloji ziyan vurub”, - o qeyd edib.
Xəbərin İran mediasında çıxmasından sonra bu, iranlı sosial media istifadəçilərinin ən çox müzakirə etdikləri mövzulardan birinə çevrilib.
Onlar “Kaxovkanı dağıtmaq üçün Rusiyaya PUA-a verməyin, humanitar yardımınız özünüzdə qalsın”, “İranın Ukraynada baş verən fəlakətdəki iştirakına görə utanırıq”, “Rusiyaya silah, Ukraynaya adyal” və başqa bu məzmunlu paylaşımlar ediblər.
- Tahir İmanov jurnalistlərə qarğış etdi: “Burnunuzdan gəlsin” - VİDEO
- Bakı-Naxçıvan uçuşları təxirə salındı
- Daha bir sabiq deputat vəfat etdi - Foto
- Qafqazın ən böyük tunelindən yeni - Video
- Elçin Quliyev kralla birgə Qarabağ atlarını izlədi - Fotolar
- Güclü külək əsəcək – Sarı və narıncı xəbərdarlıq
- Ordumuz yaz-yay rejiminə keçdi - Video
- WUF13: İctimai nəqliyyatda hərəkət necə təşkil ediləcək?