BMT-nin Məskunlaşma Proqramı (“UN-Habitat”) Assambleyasının Keniyada keçirilən 2-ci sessiyasında Ümumdünya Məskunlaşma Gününün 2023-cü ildə Bakı şəhərində qeyd edilməsinə dair qərar qəbul edilib.
Bu barədə BUTA.TV-a Dövlət Şəhərsalma Komitəsindən bildirilib.
Məlumata əsasən, iyunun 8-də Nayrobi şəhərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və “UN-Habitat”ın icraçı direktoru Maimunah Mohd Şarif tərəfindən bununla bağlı imzalanmış Niyyət Protokoluna əsasən, həmin beynəlxalq tədbir oktyabrın 2-də təşkil ediləcək.
BMT-nin 1985-ci ildə qəbul edilmiş müvafiq qərarına əsasən, Ümumdünya Məskunlaşma Günü hər il bir ölkədə qeyd olunmaqla hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatını təşviq edir, dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsi üzrə qlobal platforma rolunu oynayır.
Bu il Ümumdünya Məskunlaşma Gününün əsas mövzusu davamlı şəhər iqtisadiyyatı və şəhərlərin tərəqqi mərkəzləri rolu ilə bağlı məsələlərin müzakirəsinə həsr ediləcək.
Ümumdünya Məskunlaşma Gününün də daxil olduğu “Şəhərsalma həftəsi” ərzində Azərbaycanda İkinci Milli Şəhərsalma Forumu və bir sıra digər aidiyyəti tədbirlərin keçirilməsi, onlarla ölkənin rəsmiləri və ekspertlərinin, beynəlxalq və qeyri-hökumət təşkilatları nümayəndələrinin mövzu üzrə təcrübə mübadiləsi aparmaq imkanı təmin ediləcək.
- Birbank Invest 2.0 təqdim olundu - Yeni investisiya imkanları
- "Azercell Telecom"dan xüsusi "OPPO" kampaniyası!
- 3 gün əvvəl aldığı motosikletlə qəza törətdi, sevgilisi öldü... - Video
- Hörmüz boğazında Azərbaycan gəmisi var? – Rəsmi
- Altı ay əvvəl prorektor təyin olunan şəxsə yeni vəzifə verildi
- Onlar ali məktəblərə imtahansız qəbul ola biləcək
- İşıqforlarda saniyəölçən tablolar niyə yığışdırılıb? – Rəsmi
- “Uyğun deyil”i “1 tablet” kimi tərcümə etmişik?