Gəncə şəhərində sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə 6 nömrəli orta məktəbin yaxınlığında qeydə alınıb.
Belə ki, "Hunday" markalı avtomobil idarəetmədən çıxaraq işıqfora çırpılıb.
Hadisə yerinə təcili yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub.
Məlum olub ki, avtomobilin sürücüsü Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü İlqar Usubov sükan arxasında infarkt keçirərək dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
- Vatsapdan azyaşlılarla bağlı yenilik
- Özbəkistanlı ekstrasens Azərbaycandan çıxarıldı
- İrandan təxliyə prosesi davam edir
- Ramazanın 23-cü günü: Dua, imsak və iftar vaxtı...
- Maştağada gölü qanunsuz dolduran şəxs həbs olundu
- Məşğulluq xidmətlərində süni intellektin tətbiqi planlaşdırılır
- Bu hərbçilərə mənzillər verildi - Video
- Məhkəmədən Nazim İbrahimovun qardaşı ilə bağlı qərar