Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun 18 il müddətinə azadlıqdan məhrum edilməsi narazılıq doğurmaqla yanaşı, ictimaiyyətdə geniş şəkildə müzakirə edilir. Sadə vətəndaşlar, müstəqil ekspertlər, media nümayəndələri verilən hökmün doğru olmadığını deyirlər. Aidiyyəti qurumlar bu işi ört-basdır etməkdə, gerçəyi üzə çıxarmamaqda ittiham olunurlar. Bu qədər ictimai etiraza görə İlkin Süleymanovun işinə yenidən baxıla bilərmi?
BUTA.TV xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa Globalinfo.az-a açıqlamasında etiraz varsa, bu işə yenidən baxılmasının məqsədəuyğun olduğunu bildirib:
“Həqiqətən də, bu qədər ictimai etiraz varsa, yaxşı olardı ki, bu işlə könüllü hüquqşünaslardan ibarət təhqiqat qrupu məşğul olsun. Ola bilər, hansısa şahid dəvət olunmayıb və ya insanlarda hansısa sübutlar var ki, bunu təqdim etmək imkanı verilməyib. Təbii ki, bunlar araşdırıla bilər. Amma inanmıram ki, məhkəmə bu qədər qalmaqallı bir məsələdə özbaşına qərar versin”.
F.Mustafa deyib ki, əgər burada hansısa istintaqın səhvi olubsa, üzə çıxarmaq, səhvi olmayıbsa, aydın şəkildə cəmiyyətə izah etmək lazımdır:
“Məhkəmə bu səhvlərin düzəldilməsi yeridir. Hər halda insanların belə bir narazılığı varsa, bu, diqqətə alınmalıdır. Amma vətəndaşların bu məsələdə etirazı hüquqi sübut kimi qəbul oluna bilməz. Hüquq konkret fakta dayan sahədir və konkret sübutlar məhkəmədə təsdiqini tapmalıdır. Əks halda, emosiya və ya intuisiya ilə qərar çıxarılmır. Bütün hallarda cəmiyyətdə narazılıq yaradan məsələdirsə, bununla bağlı inandırıcı açıqlamalar verilməlidir ki, insanlar sakitləşsinlər və ədalətli qərar çıxarıldığına inansınlar. Əgər inanmırlarsa, deməli, ortada nəsə narahatedici amillər var və bunu ortadan qaldırmaq lazımdır”.
- Azərbaycanda terror törətmək istəyən əcnəbiyə hökm oxundu
- Təyyarədə adam öldü, məcburi Bakıya endi
- Şahrux Xandan azərbaycanlılara jest - Video
- İğdır-Naxçıvan kəmərinin tikintisi tamamlanmaq üzrədir
- Xaçmaz İH Nadir Xudiyevlə 1,3 milyona anlaşdı
- Urmiya gölü yenidən qurumağa başladı
- Azərbaycan-Türkiyə qardaşlığı zirvələri fəth edəcək - MM sədri
- Azərbaycanla ticarət dövriyyəsi 15 milyarda çatdırılır - Səfir