İsraillə Azərbaycanın bütün sahələrdə əməkdaşlığı gücləndirməsi iki ölkə arasında münasibətlərin təbii davamıdır.
BUTA.TV xəbər verir ki, bunu Dünya Yəhudi Agentliyinin fəxri səfiri Roman Qureviç İsrailin “Kanal 9” (Channel 9) kanalına müsahibəsində deyib.
O bildirib ki, İsrail və Azərbaycanın həmişə ortaq maraqları olub:
“Hətta deyərdim ki, hələ İsrail dövləti olmayanda, lakin əsrlər boyu Azərbaycan ərazisində yaşayan yəhudi xalqı mövcud olanda yəhudilərlə azərbaycanlılar arasında həmişə çox gözəl münasibətlər olub. Deməli, bu, yüz illərin, nəsillərin ənənəsidir. İsraillə Azərbaycan arasında mövcud olan gözəl münasibətlər də həmin əlaqələrin təbii davamıdır. Ölkələrimiz bir-birinə hörmət edir, ölkələrimiz strateji tərəfdaşlığı gücləndirir. Prezident Hersoqun səfəri, şübhəsiz ki, bu yolda mühüm mərhələ oldu. Bu, bütün regiona dostlarımıza yaxın olduğumuzu göstərən işarə idi. Və demək lazımdır ki, bizim dostluğumuz heç bir üçüncü dövlətə qarşı yönəlməyib. İsrail və Azərbaycan dünyada vəziyyəti sabitləşdirmək üçün dostdurlar”.
Tahir İmanov jurnalistlərə qarğış etdi: “Burnunuzdan gəlsin” - VİDEO
Qureviç çıxışı zamanı İsrail Prezidentinin Azərbaycanda qarşılanma mərasiminə də toxunub:
“Bizim ailədə çox fəxr etdiyim bir ənənə var. 1998-ci ildə atam Ümummilli lider Heydər Əliyev haqqında beş seriyalı sənədli film çəkdi ki, bu, bizim üçün böyük şərəfdir və çox önəmlidir. Təsadüfi deyil ki, Azərbaycandan gələn hər bir yəhudinin qəlbində bu ölkə üçün isti bir yer var. Biz xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq üçün hər şeyi edirik. Prezidentə və onun xanımına təqdim olunan İsrail nümayəndə heyətinin üzvləri arasında olmaqdan böyük şərəf duydum. Mən İlham Əliyevlə salamlaşanda belə maraqlı məqam da oldu. Azərbaycan Prezidenti israilli həmkarı Hersoqa məni işarə edərək dedi: “Niyə o, sizin tərəfinizdədir, halbuki o, bizimkilərin olduğu yerdə dayanmalıdır”. Mən bakılıyam, mənim üçün ölkələrimizin maraqları strateji əhəmiyyət kəsb edir”.
- Daha bir şəhidin nəşi 32 il sonra tapıldı
- “10 yaşımda köçkün düşmüşdüm, 10 övladımla qayıtmışam” - Video
- Bu qəsəbə sakinlərinin nəzərinə: Saat 01:00-dan 04:00-dək…
- Tramp məhv edildiyini açıqlamışdı, 2 il əvvəl ölübmüş?
- Uşağına görə məzuniyyətə çıxan valideynlərin diqqətinə!
- Boks üzrə ölkə çempionunun meyiti tapıldı
- Azərbaycanda bu şəxslərə pulsuz torpaq veriləcək
- Bu test imtahanının vaxtı açıqlandı - Video