Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Xalid Rəhimov həbs olunub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, rayonun Gərmətük qəsəbəsi ərazisində Dövlət Yol Polisi əməkdaşlarının keçirdiyi reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Parakənd kənd sakini Xalid Rəhimov saxlanılıb.
Onun içkili olduğu ehtimalına görə müvafiq yoxlamadan keçirilməsinin vacibliyi qeyd olunub. Lakin sürücü polis əməkdaşlarına müqavimət göstərib. Bu səbəbdən polis idarəsinə aparılıb.
Onun barəsində məhkəmənin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Tahir İmanov jurnalistlərə qarğış etdi: “Burnunuzdan gəlsin” - VİDEO
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, faktla bağlı cinayət işi başlanılıb.
O, cinayət işinin istintaqının davam etdirilməsindən ötrü toplanmış materialların aidiyyəti üzrə Lənkəran Rayon Prokurorluğuna göndərildiyini qeyd edib.
Qeyd edək ki, Xalid Rəhimov 2021-ci ilədək Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.
- Daha bir şəhidin nəşi 32 il sonra tapıldı
- “10 yaşımda köçkün düşmüşdüm, 10 övladımla qayıtmışam” - Video
- Bu qəsəbə sakinlərinin nəzərinə: Saat 01:00-dan 04:00-dək…
- Tramp məhv edildiyini açıqlamışdı, 2 il əvvəl ölübmüş?
- Uşağına görə məzuniyyətə çıxan valideynlərin diqqətinə!
- Boks üzrə ölkə çempionunun meyiti tapıldı
- Azərbaycanda bu şəxslərə pulsuz torpaq veriləcək
- Bu test imtahanının vaxtı açıqlandı - Video