Türkiyə Nazirlər Kabinetinin yeni tərkibi elan edildikdən sonra bir daha həqiqətlər üzə çıxıb.
BUTA.TV xəbər verir ki, ATA İttifaqının prezidentliyə sabiq namizədi, 28 mayda keçirilən təkrar seçkilərdə Cümhur İttifaqına dəstək verən Sinan Oğana yeni kabinetdə yer verilməməsi haqda o özü də qeyd edib.
“Yeni kabinetin ölkəmizə və millətimizə xeyirli olmasını arzulayıram. İlk gündən də dediyim kimi, sayın Cümhurbaşqanı ilə bizim hər hansı vəzifə bazarlığımız olmamış, prinsiplər əsasında bir-bir anlaşmamız müzakirə edilmişdi. O səbəbdən ilk gündən adımız üzərindən aparılan “bazarlıq” və s. kimi spekulyasiyaların nə qədər yersiz və iftira niyyətli olduğu bir daha göründü. Başda iqtisadiyyat və qaçqınlar olmaq üzrə, yaxın vaxtlarda prinsiplərimizin həyata keçirilməsinə birlikdə şahid olacağıq, inşallah”, - deyə Sinan Oğan sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, Sinan Oğanın Ərdoğanı dəstəkləməsi qarşılığında vəzifə alacağı iddia edilirdi.
Tahir İmanov jurnalistlərə qarğış etdi: “Burnunuzdan gəlsin” - VİDEO
- Daha bir şəhidin nəşi 32 il sonra tapıldı
- “10 yaşımda köçkün düşmüşdüm, 10 övladımla qayıtmışam” - Video
- Bu qəsəbə sakinlərinin nəzərinə: Saat 01:00-dan 04:00-dək…
- Tramp məhv edildiyini açıqlamışdı, 2 il əvvəl ölübmüş?
- Uşağına görə məzuniyyətə çıxan valideynlərin diqqətinə!
- Boks üzrə ölkə çempionunun meyiti tapıldı
- Azərbaycanda bu şəxslərə pulsuz torpaq veriləcək
- Bu test imtahanının vaxtı açıqlandı - Video