Beş il əvvəl İsveçrədə - Alp dağlarında yoxa çıxan və bir neçə aylıq nəticəsiz axtarışlardan sonra rəsmən öldüyü elan edilən amerikalı milyarder Karl-Erivan Haub Moskvada ortaya çıxıb.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, alman jurnalistlərin yeni araşdırmasına görə, milyarderin səhhəti mükəmməldir və Rusiyada yaşayır. Bu yaxınlarda kəşfiyyat orqanları onun şəxsiyyətini sifətin tanınması sistemi vasitəsilə müəyyən ediblər.
Kölndə yaşayan və Tengelman şirkətlər qrupunun rəhbəri olan Haub 2018-ci il aprelin səhəri İsveçrənin kurort şəhəri olan Zermattdakı otelindən çıxaraq xizək sürmək üçün Alp dağlarına gedib. Ertəsi gün polisə onun itkin düşdüyü barədə məlumat verilib. Milyarder bir daha qaldığı otelə qayıtmayıb.
- Azərbaycan 12 xalı bu ölkəyə verdi
- Daha bir şəhidin nəşi 32 il sonra tapıldı
- “10 yaşımda köçkün düşmüşdüm, 10 övladımla qayıtmışam” - Video
- Bu qəsəbə sakinlərinin nəzərinə: Saat 01:00-dan 04:00-dək…
- Tramp məhv edildiyini açıqlamışdı, 2 il əvvəl ölübmüş?
- Uşağına görə məzuniyyətə çıxan valideynlərin diqqətinə!
- Boks üzrə ölkə çempionunun meyiti tapıldı
- Azərbaycanda bu şəxslərə pulsuz torpaq veriləcək