Nə mən, nə də dostlarım qanunsuz bir iş görmüşük. Yalnız Beynəlxalq Ana dili Günü mərasimində bir tədbirdə iştirak etmişdik.
Bu sözləri BUTA.TV-a Ana dili fəalı, Güney Azərbaycandan olan yazıçı Əkbər Azad sürgün cəzasının icra olunması ilə bağlı ona göndərilən qərardan danışarkən deyib.
Bildirib ki, qərar artıq verilib və sürgün cəzasını çəkmək üçün gedəcəyi şəhər də müəyyənləşib.
“İllər öncə baş tutan mərasim ana dilinə həsr olunmuşdu. Adi bir şənlik idi. Tədbirdə şeir oxunurdu, aşıq mahnıları səslənirdi, dil ilə bağlı diskusiyalar edirdik. Gəldilər, mərasimi pozdular, bir neçə nəfəri tutdular. Onların arasında mən, Əlirza Fərşi, Behnam Şeyxi, Həmid Manafi, Siyamək Mirzayi də var idi. İlk iki il həbs, iki il isə sürgün cəzası almışdım. Artıq 2-3 günə sürgünə getməliyəm. İranın İlam bölgəsinin Dərəşəhər adlı şəhərində 2 il məcburi yaşamaq cəzasını çəkməliyəm”.
Tahir İmanov jurnalistlərə qarğış etdi: “Burnunuzdan gəlsin” - VİDEO
O, sürgün cəzasının uzun müddət sonra tətbiq olunmasını isə belə izah edib:
“Onların niyyətlərindən xəbardar deyiləm. Hansı fikirlə bu işi görürlər? Hər halda önəmli orasıdır ki, bir sadə mərasimin istintaqı 10 il 3 ay sürüb. Bu illər ərzində asılı qalmışıq, işlərimiz axsayıb, ləngiyib. Həmişə gözümüz yolda olubdur ki, hökmü tezliklə icra edəcəklər”.
Qeyd edək ki, Əkbər Azad 2014-cü ildə dinc, mədəni fəaliyyətlərinə və Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən tədbirə qatıldığı üçün iki il həbs və iki il sürgün cəzasına məhkum edilib. Cəzasının həbs müddəti icra olunan Əkbər Azaddan 10 gün ərzində Baharistan Ümumi və İnqilab Prokurorluğunun Qərarların İcrası İdarəsinin 2-ci bölməsinə getməsi istənilib. Müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən və davamlı müalicəyə ehtiyacı olan fəalın səhhətinin sürgündə pisləşəcəyi ehtimalına görə yaxınları narahatdır.
- Bolqarıstan “Avroviziya-2026”nın qalibi oldu
- Azərbaycan 12 xalı bu ölkəyə verdi
- Daha bir şəhidin nəşi 32 il sonra tapıldı
- “10 yaşımda köçkün düşmüşdüm, 10 övladımla qayıtmışam” - Video
- Bu qəsəbə sakinlərinin nəzərinə: Saat 01:00-dan 04:00-dək…
- Tramp məhv edildiyini açıqlamışdı, 2 il əvvəl ölübmüş?
- Uşağına görə məzuniyyətə çıxan valideynlərin diqqətinə!
- Boks üzrə ölkə çempionunun meyiti tapıldı