Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva vətənpərvər mahnılar müəllifi, FHN Akademiyası Hərbi Orkestrinin solisti və musiqi təlimatçısı gizir Anar İlhamlı (Məmmədbağırov), xanəndə Zeynal Əhmədov, “Gənc müəllim-2023” yarışmasının qalibi Kamil Kazımov, milyonlarla izləyicisi olan "Yaşa Azərbaycan" mahnısının musiqi, söz müəllifi və ifaçısı Nurlan Əliyev ilə görüşüb.
Kult.az xəbər verir ki, Milli Məclisdə baş tutan görüşün iştirakçısı olan sənətçilərlə onların ictimai və yaradıcı yenilikləri, “Şuşa - Türk dünyasının 2023-cü il paytaxtı" tədbirləri çərçivəsində və “Heydər Əliyev İli”ndə həyata keçirdikləri və planlaşdırdıqları ictimai-mədəni, yaradıcı fəaliyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Komitə sədri 44 günlük müharibədə qazanılmış şanlı zəfərin yaradıcılıq müstəvisində dərindən inkası, yaradıcı aydınların üzərinə düşən mənəvi məsuliyyətdən söz açıb.
Komitə sədri görüş iştirakçılarının sənətdə, yaradıcılıqda uğurları, yeniliklər və yaradıcı planları ilə yaxından tanış olub, qayğılarını öyrənib, onlara dəstəyini ifadə edib.
Tahir İmanov jurnalistlərə qarğış etdi: “Burnunuzdan gəlsin” - VİDEO
- Bolqarıstan “Avroviziya-2026”nın qalibi oldu
- Azərbaycan 12 xalı bu ölkəyə verdi
- Daha bir şəhidin nəşi 32 il sonra tapıldı
- “10 yaşımda köçkün düşmüşdüm, 10 övladımla qayıtmışam” - Video
- Bu qəsəbə sakinlərinin nəzərinə: Saat 01:00-dan 04:00-dək…
- Tramp məhv edildiyini açıqlamışdı, 2 il əvvəl ölübmüş?
- Uşağına görə məzuniyyətə çıxan valideynlərin diqqətinə!
- Boks üzrə ölkə çempionunun meyiti tapıldı