Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti oyununu keçirib.
BUTA.TV-ın məlumatına görə, 38 yaşlı qrossmeyster II turda Fransanı təmsil edən iranəsilli Alireza Firuzca ilə üz-üzə gəlib. Görüş 40-cı gedişdə rəqibin qələbəsi ilə başa çatıb.
O, hazırda 2 xalla Aniş Giri ilə birlikdə 5-6-cı yerləri bölüşdürür.
Məmmədyarov ilk turda yerli idmançı Aryan Tariyə armageddonda qalib gəlib. Firuzca isə hindistanlı Qukeş Dommarakuya uduzub.
Tahir İmanov jurnalistlərə qarğış etdi: “Burnunuzdan gəlsin” - VİDEO
Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.
- Bolqarıstan “Avroviziya-2026”nın qalibi oldu
- Azərbaycan 12 xalı bu ölkəyə verdi
- Daha bir şəhidin nəşi 32 il sonra tapıldı
- “10 yaşımda köçkün düşmüşdüm, 10 övladımla qayıtmışam” - Video
- Bu qəsəbə sakinlərinin nəzərinə: Saat 01:00-dan 04:00-dək…
- Tramp məhv edildiyini açıqlamışdı, 2 il əvvəl ölübmüş?
- Uşağına görə məzuniyyətə çıxan valideynlərin diqqətinə!
- Boks üzrə ölkə çempionunun meyiti tapıldı