“Global Startup Blink” qurumu 2023-cü il üçün növbəti hesabatını açıqlayıb. “Global Startup Ecosistem” reytinqinə görə 2023-cü ildə Azərbaycan 100 ölkə arasında bir pillə irəliləyərək, 84-cü yerdə qərarlaşıb.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd edib.
Onun sözlərinə görə, qurumun şəhərlərarası reytinqdə isə Bakı 31 pillə irəliləyib:
“Ancaq bu reytinqdə ölkəmiz 3-4 il öncəki vəziyyətini (70-ci yer) hələ də bərpa edə bilməyib. Hesabatdan da görünür ki, artıq 2 ildir ASAN “StartupBlink”lə partnyorluq edir. Burada Azərbaycanda ekosistemin inkişafında ASAN-nın xüsusi rolu qeyd edilib. Həmçinin, Azərbaycandan bir xeyli startaplar və ekosistem iştirakçıları bu qurumun bazasına daxil edilib. Amma Azərbaycanın ən böyük startap xəritəsi olan Startup.az bazasındakı əksər startaplar, o cümlədən startap şəhadətnaməsi alanların çoxu “StartupBlink”də yoxdur. Ötən bir il ərzində sektorda ekosistemin inkişafına təkan verəcək bir neçə mühüm addımlar atılıb. Düşünmək olar ki, son zamanlarda ölkəmizin startap ekosistemində həyata keçirilən bəzi müsbət addımlar bu reytinqdə nəzərə alınmayıb.
Tahir İmanov jurnalistlərə qarğış etdi: “Burnunuzdan gəlsin” - VİDEO
Startap ekosistemin inkişafına görə cari ildə qonşu ölkələrdən Gürcüstan 2 pillə irəliləyərək 71-ci yeri, Ermənistan 3 pillə irəliləməklə 57-ci yeri qazanıblar”.
- Bolqarıstan “Avroviziya-2026”nın qalibi oldu
- Azərbaycan 12 xalı bu ölkəyə verdi
- Daha bir şəhidin nəşi 32 il sonra tapıldı
- “10 yaşımda köçkün düşmüşdüm, 10 övladımla qayıtmışam” - Video
- Bu qəsəbə sakinlərinin nəzərinə: Saat 01:00-dan 04:00-dək…
- Tramp məhv edildiyini açıqlamışdı, 2 il əvvəl ölübmüş?
- Uşağına görə məzuniyyətə çıxan valideynlərin diqqətinə!
- Boks üzrə ölkə çempionunun meyiti tapıldı