Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattı qəbul edib.
BUTA.TV xəbər verir ki, Cefri Pyatt Bakıda Enerji Həftəsinin əhəmiyyətini qeyd etdi. Qonaq Avropanın Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın liderlik rolunu yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev Cefri Pyattın bu tədbirdə iştirakının önəminə toxunaraq, ABŞ hökumətinin Azərbaycanın enerji sahəsində irəli sürdüyü təşəbbüsləri daim dəstəklədiyinə görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı ölkəmizin uzun illər ABŞ ilə enerji sahəsində fəal sürətdə əməkdaşlıq həyata keçirdiyini və genişmiqyaslı birgə layihələri uğurla reallaşdırdığını qeyd etdi. Azərbaycan Prezidenti bu xüsusda ABŞ hökumətinin TAP layihəsinə verdiyi dəstəyi vurğuladı.
Görüşdə Azərbaycanın bölgənin enerji təhlükəsizliyinə verdiyi töhfə, ölkəmizdə bərpaolunan enerji sektorunun inkişafı istiqamətində sürətlə həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparıldı.
Tahir İmanov jurnalistlərə qarğış etdi: “Burnunuzdan gəlsin” - VİDEO
Söhbət zamanı Azərbaycanın enerji təchizatında sabitləşdirici rol oynadığı xüsusi vurğulandı, ölkəmizin Orta Dəhliz çərçivəsində enerji və qeyri-enerji məhsulları üçün dayanıqlı tranzit və nəqliyyat imkanlarının yaradılması məsələsinə toxunuldu.
- Bolqarıstan “Avroviziya-2026”nın qalibi oldu
- Azərbaycan 12 xalı bu ölkəyə verdi
- Daha bir şəhidin nəşi 32 il sonra tapıldı
- “10 yaşımda köçkün düşmüşdüm, 10 övladımla qayıtmışam” - Video
- Bu qəsəbə sakinlərinin nəzərinə: Saat 01:00-dan 04:00-dək…
- Tramp məhv edildiyini açıqlamışdı, 2 il əvvəl ölübmüş?
- Uşağına görə məzuniyyətə çıxan valideynlərin diqqətinə!
- Boks üzrə ölkə çempionunun meyiti tapıldı