Bir neçə gün öncə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 4300 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinin mühafizə zonasında qanunsuz tikinti işlərinin aparıldığı aşkar olunub.
Bu barədə BUTA.TV-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Xidməti tərəfindən abidənin mühafizə zonasında aparılan qanunsuz tikinti işləri ilə bağlı qanuna müvafiq tədbirlər həyata keçirilir. Artıq qanunsuz olaraq tikilən hasar sökülüb.
Tarixi abidənin mühafizə zonasında tikinti işlərinin qarşısının alınması və yenidən təkrarlanmaması üçün aidiyyəti dövlət orqanlarına da müraciət olunub.
Tahir İmanov jurnalistlərə qarğış etdi: “Burnunuzdan gəlsin” - VİDEO
Abidənin mühafizəsinin gücləndirilməsi istiqamətində tədbirlər görülür.
Bir daha qeyd edirik ki, abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar.
- Bolqarıstan “Avroviziya-2026”nın qalibi oldu
- Azərbaycan 12 xalı bu ölkəyə verdi
- Daha bir şəhidin nəşi 32 il sonra tapıldı
- “10 yaşımda köçkün düşmüşdüm, 10 övladımla qayıtmışam” - Video
- Bu qəsəbə sakinlərinin nəzərinə: Saat 01:00-dan 04:00-dək…
- Tramp məhv edildiyini açıqlamışdı, 2 il əvvəl ölübmüş?
- Uşağına görə məzuniyyətə çıxan valideynlərin diqqətinə!
- Boks üzrə ölkə çempionunun meyiti tapıldı