Bakıda səfərdə olan İsrail Prezidenti İshaq Hersoq mayın 30-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
BUTA.TV xəbər verir ki, bu barədə dövlət başçısı Tvitterdə paylaşım edib.
O, daha sonra Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının da məzarları üzərinə tər çiçəklər düzüb. Eyni zamanda, “Əbədi məşəl” abidəsi də ziyarət olunub, önünə əklil qoyulub.
"Müasir Azərbaycanın qurucusu, Prezident Heydər Əliyevin məzarı önünə və Azərbaycan xalqı şəhidlərinin xatirəsinə ucaldılmış “Əbədi məşəl” önünə əklillər qoymaq şərəfinə nail olduq. Prezident Heydər Əliyev müasir Azərbaycan xalqının qurucusu, İsraillə isti münasibətlərin əsasını qoyan və onun yolunu açan Ulu Öndərdir. Buna görə ona təşəkkür edirik”, - İshaq Hersoq bildirib.
Tahir İmanov jurnalistlərə qarğış etdi: “Burnunuzdan gəlsin” - VİDEO
- Bolqarıstan “Avroviziya-2026”nın qalibi oldu
- Azərbaycan 12 xalı bu ölkəyə verdi
- Daha bir şəhidin nəşi 32 il sonra tapıldı
- “10 yaşımda köçkün düşmüşdüm, 10 övladımla qayıtmışam” - Video
- Bu qəsəbə sakinlərinin nəzərinə: Saat 01:00-dan 04:00-dək…
- Tramp məhv edildiyini açıqlamışdı, 2 il əvvəl ölübmüş?
- Uşağına görə məzuniyyətə çıxan valideynlərin diqqətinə!
- Boks üzrə ölkə çempionunun meyiti tapıldı