23 may tarixində Bosniya və Herseqovinanın tərkibində olan Serb respublikasının prezidenti Milorad Dodik Moskvaya səfər edərək Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Rusiyanın dünyanın fərqli nöqtələrində etnik münaqişələrin qidalandırılması və təxribatlar yaratmaq ənənələrini nəzərə alaraq, bu görüşdən sonra regionda gərginliyin artması gözlənilən idi.
29 mayda Kosovada serblər NATO-nun KFOR (Kosova Force) qüvvələrinə hücum ediblər. 1 ay qabaq keçirilən yerli seçkilərdən narazılığı bəhanə edərək serb kökənli etirazçılar son dərəcədə aqressiv davranış nümayiş etdiriblər.
Putin Avropada qeyri-sabitliyin yaradılması istiqamətində son cəhdlərini edir və bu cəhdlər çox zəif görünür. Kosova NATO-nun məsuliyyət dairəsidir və NATO təyyarələrinin Kosovaya uçuş vaxtı 20 dəqiqədir. Hazırda NATO (KFOR) qüvvələrinə etirazçılara qarşı daha sərt davranmaq əmri verilib. Qısa zaman ərzində etirazçıları "sakitləşdirəcəklər".
- Bolqarıstan “Avroviziya-2026”nın qalibi oldu
- Azərbaycan 12 xalı bu ölkəyə verdi
- Daha bir şəhidin nəşi 32 il sonra tapıldı
- “10 yaşımda köçkün düşmüşdüm, 10 övladımla qayıtmışam” - Video
- Bu qəsəbə sakinlərinin nəzərinə: Saat 01:00-dan 04:00-dək…
- Tramp məhv edildiyini açıqlamışdı, 2 il əvvəl ölübmüş?
- Uşağına görə məzuniyyətə çıxan valideynlərin diqqətinə!
- Boks üzrə ölkə çempionunun meyiti tapıldı