Abşeron rayonunda vəzifəli şəxs intihar edib.
BUTA.TV Qafqazinfo-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təhlükəsizliyi üzrə normativ iş şöbəsinin rəisi, polkovnik-leytenant Muxtar Cəbişov özünü asaraq həyatına son qoyub. Hadisə Ceyranbatan qəsəbəsi Şahbala Hüseynov küçəsində yerləşən nömrəsiz evin həyətində baş verib. İntihar mayın 28-də qeydə alınıb.
Hadisənin baş verdiyi evin M.Cəbişovun atasına məxsus olduğu bildirilir. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, intiharla bağlı ilk məlumatı bakupost.az yayıb.
- AB də Suriyaya tələsdi, şərt qoydu: Türkiyənin planı nədir?
- Petrosyanın şok çıxışı: Azərbaycanlıları qovduq ki... – Video
- Bakı İrandan sonra Rusiyaya xəbərdarlıq etməlidir – Səbəb
- Azər Baxşəliyevə böyrək köçürüləcək? - Rəsmi
- Sərhəddə toqquşma: Pekin niyə narahatdır?
- İrəvan-Bakı münasibətlərinin normallaşması... - Polşa
- Aktaudakı təyyarə qəzası: Çin tədbirlərə başladı
- Bu təyinat erməniləri xoflandırdı: Hər şey yeni başlayır!