Ermənistanın həbsdə olan müdafiə naziri David Tonoyan 10 noyabr bəyanatının imzalanması ilə bağlı məxfi detalları açıb.
BUTA.TV Globalinfo-ya istinadən xəbər verir ki, Tonoyan 9 noyabr gecəsi baş nazirlə konsultasiyalar apardığını, bundan sonra Nikol Paşinyanın bəyanatı imzalamamaq qərarı verdiyini bildirib. O, baş nazirin bundan sonra müdafiə naziri, XİN rəhbəri və digər nümayəndələrə Rusiyaya öz mövqelərini çatdırmasını istədiyini söyləyib:
“Yuxarıda qeyd edilən tapşırığı aldıqdan sonra 18:30-da Azərbaycan Rusiya helikopterini Naxçıvan yaxınlığında vurdu. Qəza anı haqqında dəqiq informasiya alana qədər mənim rusiyalı həmkarımla kifayət qədər ağır danışığım baş tutmuşdu”.
Tonoyan Şoyqu ilə telefon danışığının 4 saat davam etdiyini və əsas müzakirə mövzusunun anklavlar olduğunu deyib. Keçmiş müdafiə naziri yalnız bundan sonra anklavların bəyanata daxil edilmədiyini və sənədin Paşinyana belə təqdim olunduğunu söyləyib. O, hazırda anklavlarla bağlı aparılan danışıqların onun Şoyqu ilə 2020-ci ildə apardığı müzakirələrin nəticəsi olmadığını söyləyib. Tonoyan həmçinin digər detallar barədə İstintaq Komitəsində çıxış etməyə hazır olduğunu deyib.
Tahir İmanov jurnalistlərə qarğış etdi: “Burnunuzdan gəlsin” - VİDEO
- Bolqarıstan “Avroviziya-2026”nın qalibi oldu
- Azərbaycan 12 xalı bu ölkəyə verdi
- Daha bir şəhidin nəşi 32 il sonra tapıldı
- “10 yaşımda köçkün düşmüşdüm, 10 övladımla qayıtmışam” - Video
- Bu qəsəbə sakinlərinin nəzərinə: Saat 01:00-dan 04:00-dək…
- Tramp məhv edildiyini açıqlamışdı, 2 il əvvəl ölübmüş?
- Uşağına görə məzuniyyətə çıxan valideynlərin diqqətinə!
- Boks üzrə ölkə çempionunun meyiti tapıldı