Suraxanı Dövlət Yol Polisi Şöbəsinin (DYP) əməkdaşları “Pirus” markalı avtomobildə narkotik vasitə aşkarlayıblar.
BUTA.TV xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli Azərtac-a bildirib ki, DYP əməkdaşları 99-UD-357 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, 1974-cü il təvəllüdlü Abdullayev Ələsgər Fizuli oğlunu yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlayıblar. Müəyyən edilib ki, sürücü narkotik vasitələrin təsiri altında avtomobil idarə edir.
Avtomobildə olan 1974-cü il təvəllüdlü Məhərrəmov Vüsal Sabir oğlunun şübhəli hərəkətləri əsasında avtomobilə baxış keçirilib və 1 kiloqram 26 qram heroin aşkarlanıb.
Şübhəli şəxslər saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinə təhvil verilib. Araşdırmalarla narkotik vasitələri təhvil alacaq şəxs də müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar davam etdirilir.
- Prezident təsdiqlədi: onlar 2500 manat cərimə ediləcək
- I sinfə elektron qeydiyyatla bağlı valideynlərə müraciət...
- Bakıda yaşayış binasında yanğın... - Video
- Bakıda dumanlı hava nə vaxta kimi davam edəcək?
- Əhməd Məmmədliyə hökm oxundu
- Prezident fərman imzaladı
- SSRİ bayraqları ilə yürüşə cəhd: ittiham aktı elan edildi
- Sonsuzluqdan müalicə alan qadının üçəmi oldu - Foto