Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonuna səfər edib.
BUTA.TV xəbər verir ki, dövlət başçısı Kəlbəcər rayonunda Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində, “Azərenerji” ASC-nin “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib.
Prezident İlham Əliyevə uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda və uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlər barədə məlumat verilib.
Dövlət başçısı Kəlbəcərdə Hərbi hospitalın açılışında, yaşayış məhəlləsinin və 960 şagird yerlik məktəbin təməlqoyma mərasimlərində də iştirak edib.
- Sabah intensiv yağış yağacaq
- Muğanlı-İsmayıllı yolunda daha bir sürüşmə... - Foto
- DYP dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq etdi
- Faktiki hava: bu ərazilərə yağış yağıb
- Goranboyda iki nəfər arasında mübahisə: ölən var
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Şəmkirdə ana və oğul döyüldü
- Gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?