İran Rusiyaya PUA və digər hərbi məhsullarını Xəzər dənizi vasitəsilə göndərir.
BUTA.TV xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Yük gəmilərinin hərəkətlərini izləyən ekspertlər CNN əməkdaşlarına bildiriblər ki, Xəzər dənizi vasitəsilə böyük ölçüdə “Şahid” PUA-ları, minaatanlar və digər silahlar göndərilir.
“Xəzərdəki yük gəmilərinin əksəriyyəti tez-tez transponderlərini (avtomatik identifikasiya sistemi) söndürürlər, halbuki bu sistem daim açıq qalmalıdır”, - məlumatda qeyd olunub.
Tahir İmanov jurnalistlərə qarğış etdi: “Burnunuzdan gəlsin” - VİDEO
“Lloyd's List Intelligence” də məlumat verib ki, ötən ilin sentyabrından Xəzərdə öz hərəkət məlumatlarını gizlədən yük gəmilərinin sayı artıb:
“Əsasən bunlar Rusiya və İran bayraqları ilə üzən gəmilərdir, onların arasında texniki xüsusiyyətlərinə görə hərbi yüklərin daşınması üçün yararlı olan çoxlu gəmi var. Çox vaxt Xəzərdəki gəmilər İranın Əmirabad və Ənzəli limanları yaxınlığında, həmçinin Rusiyanın Volqa və Həştərxan limanı yaxınlığında avtomatik identifikasiya sistemini söndürürlər”.
CNN “MarineTraffic”in məlumatlarının köməyi ilə Rusiya bayrağı altında üzən 6, İran bayrağı altında üzən iki gəmini izləyib. Məlum olub ki, gəmilərin heç biri limanlara rəsmi formada daxil olmur və əksər hallarda transponderlər sönük vəziyyətdə hərəkət edir.
- FHN intensiv yağışla bağlı tədbirlər həyata keçirir
- 23 mindən çox bakalavr magistraturaya qəbul imtahanı verəcək
- Bolqarıstan “Avroviziya-2026”nın qalibi oldu
- Azərbaycan 12 xalı bu ölkəyə verdi
- Daha bir şəhidin nəşi 32 il sonra tapıldı
- “10 yaşımda köçkün düşmüşdüm, 10 övladımla qayıtmışam” - Video
- Bu qəsəbə sakinlərinin nəzərinə: Saat 01:00-dan 04:00-dək…
- Tramp məhv edildiyini açıqlamışdı, 2 il əvvəl ölübmüş?