Bakı-Quba yolunda avtomobil yanıb.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı-Quba avtomobil yolunun 35-ci kilometrliyində - Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsinin ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.
Tahir İmanov jurnalistlərə qarğış etdi: “Burnunuzdan gəlsin” - VİDEO
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, MAN markalı yük avtomobilinin kabinə hissəsində və ön təkərlərində baş vermiş yanğının məhsulla dolu yük bölməsinə keçmə riski yüksəkdir.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək yük bölməsinə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində avtomobilin kabinə hissəsi və 2 ədəd ön təkəri yanıb. Avtomobilin qalan hissəsi və yük yerindəki 26 ton məhsul yanğından mühafizə olunub.
- Bakıya yağan yağıntının miqdarı... – Faktiki hava
- Prezident Məryəm Nəvaz Şərifi qəbul etdi - Fotolar
- FHN intensiv yağışla bağlı tədbirlər həyata keçirir
- WUF13 başladı - Fotolar
- 23 mindən çox bakalavr magistraturaya qəbul imtahanı verəcək
- Bolqarıstan “Avroviziya-2026”nın qalibi oldu
- Azərbaycan 12 xalı bu ölkəyə verdi
- Daha bir şəhidin nəşi 32 il sonra tapıldı